Loading

Haqqımızda

“Ulduz” Şokolad Fabriki

2001-ci ildən fəaliyyətə başlayan “Ulduz” Şokolad Fabriki tez bir zamanda yerli bazarın sevimli qənnadı istehsalçısına çevrilərək “Milli brend” statusunu qazana bilmişdir. Qənnadı məmulatları və qida məhsulları sənayəsinə yeni keyfiyyət və dad gətirən fabrik, ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər istehsal edərək istehlakçıları illərdir ki, məmnun etməkdədir. Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik “Xonça”, “Rocky”, “Tango”, “Coco”, “Sweet”,“Moredo”, “Belore” kimi şokolad və karamellər istehsal etməkdədir. Həmçinin, yerli bazar üçün tamamilə yeni olan tərxun tamlı “Сочный тархун” karamelini də  istehlakçılara təqdim etmişdir.  Öz üstünlükləri ilə daxili bazarda rəqibsiz olan fabrik, bu gün dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək gücdədir, belə ki,  “Ulduz” markaları hazırda 20 – ə qədər ölkəyə  - Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malaziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri - ixrac olunur. Fabrik, İngilis Pərakəndəçilər Birliyi, Beynəlxalq Qida Standarlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, digər yerli və beynəlxalq qurumların da standartlarını qazanmışdır.

Sertifikatlarımız

IFS - Beynəlxalq Qida Standartı

Bu standart Alman Ticarət Şirkətləri Federal Birliyi tərəfindən yaradılıb. Bu standartın məqsədi qida təhlükəsizliyi idarəetmə sisteminin ehtiyaclarını qida tədarük zənciri ilə uyumlu hala gətirməkdir. İFS qida standartının əsas məqsədi xammal tədarükündən son məhsuladək, bir sözlə, istehlakçıya çatanadək olan hər bir mərhələni, izlənəbilmə və geri qaytarılmanı nəzarət altında saxlayaraq müştəriyə tam təhlükəsiz qidanı təqdim etməkdir.

TÜV Austria (ISO 9001)

Keyfiyyəti idarəetmə sistemlərinin qurulması əsnasında tətbiq olunması lazım olan şərtlərin tanımlandığı standartdır. Çalışanların keyfiyyət məlumatlarının artırılmasını; Xammal, istehsal və son yoxlamaların təsirli olaraq aparılmasının və s. təmin edir.

Royal Cert (ISO 22000)

ISO 22000 – ISO tərəfindən təsis edilən dünya miqyasında qəbul olunmuş HACCP sistemini də əhatə edən ilk qlobal qida təhlükəsizlik standartıdır. ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi dünya miqyasında etibarlı qida istehsalı zənciri yaratmaq məqsədilə yaradılmış beynəlxalq bir standartdır. 

BRC - Britaniya Pərakəndə Konsorsiumu

BRC Standartları beynəlxalq qəbul olunmuş qida təhlükəsizliyi standartlarını əhatə edən bir standartdır. BRC böyük ingilis pərakəndəçiləri ilə birlikdə qida istehsal obyektlərində gigiyena standartının təmin edilməsi üçün “BRC qida standartını” təsis edib.

.

FSSC 22000:2010

CİAA sponsorluğu ilə NESTLE, UNILEVER, DANONE ve KRAFT tərəfindən hazırlanmış standartlardır. Qida qaynaqlı xəstəliklərə  səbəb olan bioloji, fiziki və kimyəvi təsirlərin qarşısını almaq məqsədilə qidaların işlənməsini, hazırlanmasını, saxlanmasını və son istehlakçıya təqdim olunmasını izah edən bir sistemdir.

World Halal Union - Dünya Halal Birliyi

Bu standart İslam Konfransı mütəxəssis qrupu tərəfindən hazırlanan  və İslam ölkələrin Standart və Metreologiya İnstitutu tərəfindən adaptasiya edilən "HALAL QİDA" standartıdır. Bu standartın məqsədi qida zəncirinin bütün mərhələlərində - xammal tədarükündən istehlakçıya təqdimetməyə qədər - İslami qaydalara əməl olunmasıdır.