Loading

Tədbirlər
11 İyul - Beynəlxalq Şokolad Gününə həsr olunan fotomüsabiqə başa çatıb

“Ulduz” şokolad fabrikinin dəstəyi ilə 11 iyul Beynəlxalq Şokolad Gününə həsr olunan fotomüsabiqə keçirilib. Müsabiqədə “Ulduz” şokolad fabrikinin rəsmi Facebook səhifəsinin istifadəçiləri iştirak ediblər. Belə ki, iştirakçılar səhifəyə “Ulduz” şokoladlarının çeşidləri ilə çəkilmiş fotolarını göndəriblər. Müsabiqə 11-21 iyul tarixləri aralığında keçirilib və layihənin sonunda ən çox səs toplayan 5 nəfər qalib elan olunub. İlk 5 yeri tutan iştirakçılara “Ulduz” şokolad fabriki tərəfindən hədiyyələr təqdim olunub.