Loading

Tədbirlər
ADA Universitetinin tələbələri 13 iyun tarixində “Ulduz” şokolad fabrikində ekskursiyada olublar.

İlk olaraq tələblərə “Ulduz” şokolad fabrikinin yaranma tarixi və istehsal prosesi haqqında ətraflı məlumat verilib. Daha sonra istehsal sahəsində və laboratoriyada gedən prosesləri tələbələr canlı şəkildə izləyə biliblər. Həmçinin tələbələr Xonça istehsalat mərkəzində şirniyyat məhsullarının istehsal üsulları ilə yaxından tanış olublar. Elskursiya çərçivəsində Məhəmmədi logistik dağıtım mərkəzində malların boşaldılması, yığılması, çeşidlənərək yerləşdirilməsi və maşınlara yüklənməsi prosesi izlənilib.
Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir.