Loading

Tədbirlər
Avropalı gənclər “Ulduz” şokolad fabrikində

“Erasmus+” layihəsinin Avropa Birliyi ölkələrindən ibarət nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində 27 aprel tarixində Azərbaycanın ən iri müəssisələrindən biri olan “Ulduz” şokolad fabrikində ekskursiyada olublar. 
Fabrikdə Latviya, Litva, Ukrayna, Finlandiya və Azərbaycan da daxil olmaqla ümumilikdə 37 tələbənin iştirakı ilə maraqlı görüş keçirilib. İlk olaraq tələbələrə “Ulduz” şokolad fabrikinin yaranma tarixi və istehsal prosesi haqqında ətraflı məlumat veilib. Daha sonra istehsal prosesini canlı şəkildə izləmək üçün tələbələr şokoladın hazırlanması və qablaşdırılması ilə yaxından tanış olublar. 
Həmçinin tələbələrə hazırlanan şokolad məhsullarından yerindəcə dadmaq şəraiti də yaradılıb. Sonda onlara “Ulduz” şokoladları hədiyyə olunub. 
Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir.