Loading

Tədbirlər
Bakı Mühəndislik Universitetinin tələbələri “Ulduz” Şokolad Fabrikinə səfər ediblər

İlk olaraq tələbələrə “Ulduz” Şokolad Fabrikinin yaranma tarixi haqqında qısa məlumat verildi, ardınca onlara tanıtım videosu nümayiş etdirildi. Daha sonra, istehsalat sahəsinə daxil olan tələbələr istehsal xətləri və avadanlıqlarını, qənnadı istehsalının mərhələli şəkildə istehsal və qablaşdırılması prosesini yaxından müşahidə etdilər. Səfər zamanı tələbələrə “Ulduz” çeşidlərindən dadmaq, məhsullar haqqında öz fikirlərini əməkdaşlarımıza bildirmək imkanı da yaradıldı.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupunun Təhsil müəssisələri və tələbələrlə iş üzrə Əlaqələr şöbəsinin həyata keçirdiyi layihələr nəticəsində baş tutan infoturun məqsədi Universitetin Kimya mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrinə real istehsalat sahəsini və proseslərini göstərmək, onlarda bu sahə barəsində düzgün təəssüratın formalaşmasına dəstək olmaqdır.