Loading

Tədbirlər
UNEC- Sabah Mərkəzinin tələbələri 8 avqust tarixində Azərbaycanın ən iri şirkətlərindən biri olan "Ulduz" şokolad fabrikində ekskursiyada olublar

İlk olaraq tələbələrə “Ulduz” şokolad fabrikinin yaranma tarixi və istehsal prosesi haqqında ətraflı məlumat verilib. Daha sonra istehsal prosesini canlı şəkildə izləmək üçün tələbələr şokoladın hazırlanması və qablaşdırılması ilə yaxından tanış olublar.
Həmçinin tələbələrə hazırlanan şokolad məhsullarından yerindəcə dadmaq şəraiti də yaradılıb.
Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir.