Loading

Tədbirlər
”Young Business Factory” və "Veysəloğlu” şirkətinin əməkdaşlığı ilə növbəti "Career Week” keçirilib

Tur zamanı “Veysəloğlu” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən “Ulduz” şokolad fabrikində olan gənclər şirkətin fəaliyyət sahələri, istehsal və keyfiyyətə nəzarət prosesi, istifadə olunan texnologiyalar, iş mexanizmləri ilə tanış olublar.  
Həmçinin, gənclərə şirkətin idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə bağlı məlumat verilib, onları maraqlandıran suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb. 
Sonda ekskursiya iştirakçıları yaradılmış şəraitə görə “Young Business Factory” və “Veysəloğlu” şirkətinin nümayəndələrinə öz təşəkkürlərini bildiriblər. 
Qeyd edək ki, “Young Business Factory” 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılıb. Beynəlxalq şirkət olaraq dünya üzrə 160-dan çox partnyora sahibdir. Əsas fəaliyyət sahələri Azərbaycanda və xarici ölkələrdə praktiki professional təlim, konfrans, onlayn kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsidir. “Young Business Factory” 2015-2016-cı illərdə 130-dan çox beynəlxalq kamp təşkil edib.