Loading

Tədbirlər
AzTU tələbələrinin “ULDUZ” şokolad fabrikinə informasiya turu keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma” fakültəsinin tələbələri universitetin Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ulduz” şokolad farbirikinə informasiya turu keçirib. “Veysəloğlu” Şirkətlər Qrupunun İşə qəbul və karyera inkişafı şöbəsinin mütəxəssisi Rəşad Nəbiyev tur iştirakçılarına şirkətin tarixi və karyera imkanları haqda geniş məlumat verib. Daha sonra istehsal sahələri və müasir laboratoriyalar nümayiş etdirilib. Tələbələr şirkət məhsullarının yoxlanılması, məhsulların dizayn edilməsi və qablaşdırılması ilə tanış olublar. Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, AzTU-nun tələbələrinin korporativ sektora informasiya turlarının keçirilməsində məqsəd onlara ölkənin aparıcı şirkətlərini yaxından tanıtmaq, müəssisələrin karyera imkanları və müasir texnologiyaları barədə məlumatlandırmaqdır. https://bit.ly/2PN4UTW https://bit.ly/2zm0cSW