Loading

Tədbirlər
İdrak liseyinin şagirdləri fabrikimizdə

“İdrak” liseyi Bakı filialının şagirdləri “Ulduz” şokolad fabrikinə ekskursiya edib. Fabrikimizin əməkdaşları ekskursiya iştirakçılarına şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat veriblər. Daha sonra şagirdlərlə birgə bütün istehsal sahəsi üzrə gəzinti təşkil edilib. Ekskursiya zamanı şagirdlərə hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradılıb. Həmçinin ekskursiya iştirakçılarına “Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə olunub. Qeyd edək ki, “Ulduz” şokolad fabrikinə Bakıda fəaliyyət göstərən məktəb, lisey və gimnaziyaların şagird və tələbələri mütəmadi olaraq ekskursiyalara gəlirlər. .