Loading

Tədbirlər
“Sevgi ilə Gürcüstandan”

18 noyabr 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Sevgi ilə Gürcüstandan” adlı sərgi keçirilib. “Ulduz” şokolad fabrikinin təşkilati dəstəyi ilə keçirilən sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Rəssamlarının Beynəlxalq Yaradıcılıq Birliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Tiflisdə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşəbbüsü ilə baş tutub.