Loading

Tədbirlər
Tələbələrarası “Ulduz” Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı

“Ulduz” şokolad fabrikinin sponsorluğu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Kainat” Tədris Mərkəzinin təşkilati dəstəyi ilə tələbələrarası “Ulduz” məntiq olimpiadası layihəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. “Veysəloğlu” Şirkətlər Qrupunun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində həyata keçirilən bu layihəyə müxtəlif təhsil müəssisələrində təhsil alan 500-ə qədər tələbə qatılıb. Tədbirdə çıxış edən fabrik rəhbərliyi qeyd edib ki, “Ulduz” şokolad fabriki hər zaman gənclərə dəstək verib, onların bilik və bacarıqlarının müəyyən edilməsi və artırılması istiqamətində silsilə tədbirlərini bundan sonra da davam etdirəcəkdir. Sonda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.