Loading

Tədbirlər
Ulduz Şokolad Fabriki daha bir karyera sərgisində iştirak edib.

Hər zaman cəmiyyətin iş tələblərinə cavab verməyə çalışan və vətəndaşların işlə təmin olunmasında qida müəssisəsi kimi fəal rol oynayan Ulduz Şokolad Fabriki bu dəfə ADA Universiteti tərəfindən keçirilən “Karyera həftəsi”ndə iştirak edib. “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən sərgidə Ulduz Şokolad Fabriki mövcud və potensial vakansiyaları ilə tələbələrin qarşısına çıxıb. Tələbələrin fabrikdə eksport, marketinq, maliyyə, keyfiyyəti idarə etmə  sahələrinə, həmçinin təcrübə proqramları və yarım günlük iş imkanlarına maraqları isə demək olar ki, daha yüksək idi. Onu da qeyd edək ki, “Ulduz” Şokolad Fabrikinə ADA universitetinin Karyera Mərkəzindən müstəqil seminarlar, “workshop”lar keçirmək kimi təkliflər də olunub.