Loading

Tədbirlər
Ulduz Şokolad Fabriki Dənizkənarı bulvarda 3 gün istehlakçılarına öz məhsullarını təqdim edib.

 21-23 iyun tarixlərində ölkədə ilk dəfə keçirilmiş “Organic Food Festival” tədbirində iştirak edən və 20 ilə yaxındır ki, öz istehlakçılarına müxtəlif satış nöqtələrindən xidmət göstərən fabrik, bu dəfə onlara birbaşa özü xidmət göstərib.

Dünyanın şokolad eksperti sayılan Belçikanın Barry Callebaut firması ilə əməkdaşlıq edən Ulduz Şokolad Fabriki festival zamanı öz istehlakçılarına və bulvarın qonaqlarına müxtəlif çəki şokoladları, konfetlər, batonlar, hədiyyəlik qutular və s. təqdim edib.

Fabrikin sərgilədiyi əsas məhsul FAVO batonları olub, hansı ki, inqridiyentlərinə görə natural və az kalorili hesab olunur. Tərkibindəki taxıl bitkiləri və az miqdarda xalis şokolad kütləsinə görə sağlam qidalar kateqoriyasına daxil olan FAVO batonları iki çeşiddə - şokoladlı və portağalı – təqdim olunub. Bundan başqa, festival iştirakçılarına Ulduz stendində “Xonça”, “Tango”, “Coco ulduz”, “Sweet” kimi südlü və xalis şokolad örtüklü şokolad konfetləri, jele tipli konfetlər və karamellər də təqdim olunub.  Xüsusilə vurğulanmalıdır ki, Ulduz Şokolad Fabriki 28 May – Cümhuriyyət Gününə özəl olaraq ənənəvi Belçika texnologiyası əsasında hazırladığı, yeni “Azərbaijan Chocolate” və  “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutularının da satışını təşkil edib.

O da qeyd olunmalıdır ki, məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və  Beynəlxalq Qida Standarlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.