Loading

Tədbirlər
Veysəloğluda İlk Addımlar proqramının yeni iştirakçıları “Ulduz” Şokolad Fabrikində ekskursiyada olublar.

İlk olaraq proqram iştirakçılarına “Ulduz” şokolad fabrikinin yaranma tarixi və istehsal prosesi haqqında ətraflı məlumat verilib, şirkət haqqında video-çarx nümayiş etdirilib. Daha sonra onlar istehsalatda istifadə olunan müasir texnologiyalarla yanaşı istehsal prosesini, Ulduz şokoladlarının hazırlanması və qablaşdırılması ilə yaxından tanış olublar. Həmçinin tələbələrə hazırlanan şokolad məhsullarından yerindəcə dadmaq şəraiti də yaradılıb.