Loading

Sərgilər
“Ulduz” Şokolad Fabriki “Yummex ME” sərgisində iştirak edib

Ölkənin aparıcı qənnadı fabriki olan “Ulduz” Şokolad Fabriki BƏƏ-nin Dubay şəhərində keçirilən “Yummex ME” sərgisində iştirak edib. 2018-ci il, 30 oktyabr tarixində başlayan və 3 gün davam edən sərgidə “Ulduz” brendi 20-dən çox marka nümayiş etdirib.
Qeyd olunmalıdır ki, sözügedən sərgidə “Ulduz” Şokolad Fabriki artıq dördüncü dəfədir ki, iştirak edir və yeni əməkdaşlıqların təməlini qoyur.

“Yummex Middle East” Orta Şərq və Şimali Afrika regionunda qənnadı, şirniyyat və qəlyanaltı məhsulları üzrə aparıcı ticarət sərgisidir: regionun özü kimi, sərgi də sürətlə böyüməkdə və dünyanın ən yaxşı məhsullarını, həmçinin, sektorun aparıcı və qərar verən qüvvələrini bir araya gətirməkdədir.