Loading

Sərgilər
World Food İstanbul-2013

Sentyabr ayının 5-dən 8-dək İstanbul şəhərində 21-ci beynəlxalq qida sənayesi “World Food İstanbul-2013” sərgisi keçirilib. “Ulduz” şokolad fabriki də növbəti dəfə bu sərgidə öz uğurlu iştirakı ilə yadda qalıb. Dörd gün davam edən sərgidə yüzlərlə ziyarətçiyə fabrikin tarixi və qazandığı uğurlar barədə məlumat verilib, eyni zamanda onlar fabrikin yeni şokolad çeşidləri ilə tanış olublar. Unudulmaz dad bəxş edən yeni şokolad çeşidləri sərgi ziyarətçiləri tərəfindən çox yüksək qiymətləndirilib.  Bunun nəticəsi olaraq fabrik bir çox şirkətlərlə əlaqələr yaratmağa müvəffəq olub.