Loading

İxracat

Faktlar və Statistika

Əməkdaşlıq etdiyimiz ölkələr

Cari əməkdaşlıqlar

İştirak olunmuş sərgilər

İstənilən ixrac ilk növbədə ölkənin, daha sonra isə ixrac edən brendin imicidir. Bu gün “Ulduz” qənnadı məhsulları 20-ə yaxın ölkəyə ixrac olunmaqda, beynəlxalq sərgilərdə “Made in Azerbaijan” adı altında nümayiş olunmaqdadır; bu isə həm "Ulduz"un, həm də Azərbaycanın uğurudur.
Ölkəmizin iqtisadi-coğrafi baxımdan əlverişli zonada yerləşməsi, relyef səhtinin nəqliyyat hərəkəti üçün münasib olması xarici partnyorlara bizimlə əməkdaşlıq etmək üçün fürsət verir. Bundan əlavə, fabrikimizin geniş olması, müxtəlif məhsullar istehsal edə bilən istehsal xətlərimizin çoxluğu da bizə olan məhsul tələblərini ödəməyimizə imkan verir. Fabrikimizdə olan Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət şöbələrinin fəaliyyəti sayəsində daima yeni, ekoloji baxımdan təmiz və təhlükəsiz, həmçinin ləziz məhsullar istehsal edir və istehlakçılara və müştərilərimizə təqdim edirik. 
“Ulduz” məhsullarının xarici ölkələrdə populyarlılığının nəticəsidir ki, hər il fabrik nüfuzlu beynəlxalq sərgilərə - World Food Moscow, World Food Istanbul, MeYummex, Sial China 2018, Thaifex-World of Asia - dəvət olunur, Azərbaycanı dünya qida sektorunda layiqincə təmsil edir.  
Bizimlə əməkdaşlıq etmək üçün müraciət edin.