Loading

Press-Relizlər
KİV nümayəndələrinin övladları “Ulduz” Şokolad fabrikində ekskursiyada

İyunun 6-da “Ulduz” şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edib. Ekskursiya iştirakçılarına şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat verilib. Daha sonra ekskursiya iştirakçılarına şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunub. Bundan əlavə, mətbuat nümayəndələrinin övladları ilə istehsal sahəsi üzrə gəzinti təşkil edilib.  Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyiblər.  Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadmağa şərait yaradılıb. Tədbirin sonunda uşaqlara “Ulduz” şokolad fabrikinin və “Ozmo”nun  məhsulları hədiyyə olunub.    Xatırladaq ki, “Ulduz” şokolad fabriki uşaqları da düşünərək tamamilə qatqısız və təmiz şokoladdan hazırlanan “Cırtdan” məhsulunu da istehsal edir.  Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Fabrik “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və digər məhsulların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb.