Loading

Press-Relizlər
Ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qurup KİV nümayəndəsinin İnfoTuru təşkil olundu

“Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” şokolad fabriki ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qrup KİV nümayəndəsi üçün Qəbələ və Oğuz rayonlarına 2 günlük infotur təşkil edib. Səfər zamanı “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” şokolad fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib, onlara şirkətimizin uğur yolunu əks etdirən tanıtım filmi göstərilib. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov “Veysəloğlu” MMC və “Ulduz” fabrikinin rəhbərliyi adından səfərdə iştirak edən, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat Günü münasibəti ilə təbrik edib, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb.   Səfərdə iştirak edən jurnalistlər “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildirib, təşkil edilmiş bu səfər proqramı üçün şirkət rəhbərliyinə minnətdarlıqlarını elan ediblər.