Loading

Press-Relizlər
“Ulduz” Məntiq Olimpiadasının I mərhələsi keçirildi

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Veysəloğlu” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə tələbələr arasında “Ulduz” məntiq olimpiadası reallaşdırılır. Qeyd edək ki, 500-ə yaxın tələbənin iştirak üçün müraciət etdiyi olimpiadanın I mərhələsi 15 noyabr tarixində Bakı Ali Nef Məktəbində keçirilib. “Ulduz” məntiq olimpiadasının I mərhələsi çərçivəsində iştirakçılara riyazi və sözlü olmaqla 50 məntiqi sual təqdim edilib. Qapalı və açıq testlər şəklində verilən sualları cavablandırmaq üçün iştirakçılara 1 saat 30 dəqiqə, doğru variantları cavab kartına köçürmək üçün isə əlavə olaraq 15 dəqiqə vaxt ayrılıb. Olimpiadanın I mərhələsində yüksək nəticə göstərmiş iştirakçılar 22 noyabr tarixində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Olimpiadanın finalçılarının adları ilə bir müddət sonra ATGTİ-nin rəsmi saytı olan atgti.az ünvanında tanış ola bilərsiniz. Xatırladaq ki, olimpiadanın qalibləri (ilk 3 yerin sahibi) təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.