Loading

Press-Relizlər
“Ulduz” Şokolad Fabriki ADNSU-da keçirilən “ VI Məzun-Karyera ” sərgisində iştirak edib

Ulduz Şokolad Fabriki ( “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC) növbəti karyera sərgisində iştirak edib.

Hər zaman gənclər üçün real və perspektivli iş imkanları təklif edən Ulduz Şokolad Fabriki 25 may 2019-cu il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən keçirilən VI Karyera-Məzun Sərgisində öz vakansiyaları ilə tələbələrin qarşısına çıxıb. İnsan Resursları və İctimaiyyətlə Əlaqələr şöbələri ilə təmsil olunan fabrik maraqlanan sərgi iştirakçılarının bütün suallarını ətraflı şəkildə cavablandıraraq, onlarda müəssisə və müəssisədəki iş imkanları, həmçinin təcrübə proqramı haqqında daha doğru təəssüratın formalaşmasına yardımçı olublar.

Tədbir boyu Universitet nümayəndələri, həmçinin rektor, professor Mustafa Babanlı və digər qonaqlar şirkətlərin o cümlədən, Ulduz Şokolad Fabrikinin stendi ilə tanış olub, təmsil olunan şirkətlər və vakansiyalar haqqında məlumatlar əldə ediblər.