Loading

Press-Relizlər
Ulduz Şokolad Fabriki “Bir damla qan qurtarılan bir can” adlı qanvermə aksiyasını həyata keçirdi

“Ulduz” şokolad fabriki noyabrın 28-də “Bir damla qan qurtarılan bir can” adlı qanvermə aksiyasını həyata keçirib. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarətdir. Könüllülük prinsipi əsasında həyata keçirilən aksiyada 200 nəfərdən artıq şirkət əməkdaşı donor qismində iştirak edib. Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə həyata keçirilən bu aksiya şirkət əməkdaşları tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanıb. Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. Dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qanvermə aksiyalarına qoşulurlar.