Loading

Press-Relizlər
Ulduz Şokolad Fabrikinin ilk rəsmi mağazası istifadəyə verildi

Yüksək keyfiyyət, münasib qiymət və nəfis dadı ilə alıcıların rəğbətini qazanan “Ulduz” şokoladlarının yeni “Outlet” mağazası fəaliyyətə başladı. Noyabrın 16-dan etibarən Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Eninə küçəsində xidmətə başlayan ilk rəsmi mağazamızda “Ulduz” şokolad fabrikinin müxtəlif çeşidlərini il boyu böyük endirimlərlə əldə edə biləcəksiniz. Sizi yeni dadlar kəşf etməyə və bu fürsətdən yararlanmağa dəvət edirik. Mağazamız 09:00-dan 19:00-dək müştərilərin xidmətindədir.