Loading

Press-Relizlər
Aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqlar “Ulduz”da

“Veysəloğlu” Şirkətlər Qrupu və Qızıl Aypara Cəmiyyətinin birgə təşəbbüsü ilə aztəminatlı ailələrin və valideyn himayəsindən məhrum olmuş uşaqların “Ulduz” şokolad fabrikinə ekskursiyası təşkil edilib. Ekskursiyaya gələn uşaqlar əvvəlcə fabrikin inzibati binasında şokoladın yaranma tarixi və istehsalı barədə hazırlanmış videoçarxı izləyiblər. Daha sonra valideyn himayəsindən məhrum olmuş uşaqlar fabrik əməkdaşlarının müşayiəti ilə şokoladın istehsal olunduğu sahəyə yollanıblar. Burada ekskursiya iştirakçılarına şokoladın hazırlanması və qablaşdırılması barədə ətraflı məlumat verilib. Gəzinti zamanı uşaqlara hazırlanan şokolad məhsullarından yerindəcə dadmaq şəraiti yaradılıb. Sonra ekskursiya iştirakçılarına “Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə olunub.
Qeyd edək ki, Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir.