Loading

Press-Relizlər
Bakıda ilk dəfə “Ulduz Premium Chocolate” butiki açıldı

“Ulduz” şokolad fabriki Bakının Neftçılər prospekti 91 ünvanında (Qız qalasının yaxınlığında) ilk “Ulduz Premium Chocolate” butikini açıb.
Fabrik dünya şokolad tarixində ilk dəfə olaraq ənənəvi dadlarla yanaşı, milli dad olan kəklikotulu və darçınlı şokoladlar da satışa çıxardıb. 
Respublikamızda həyata keçirilən beynəlxalq tədbirləri və gələn çoxsaylı qonaqları, o cümlədən turistləri nəzərə alaraq fabrik şokolad məhsularının üst dizaynında və qablaşdırılmasında da çalışıb ki, Azərbaycanın milli ornamentlərini, tarixi abidələrini əks etdirsin.   
Yeni istifadəyə verilən butik paytaxt sakinləri ilə yanaşı, şəhərimizin çoxsaylı qonaqları üçün yeni dad olan məhsullarını müştərilərin seçiminə uyğun qablaşdıraraq “Made in Azerbaijan” brendi ilə təqdim edəcək.  
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir.