Loading

Press-Relizlər
Ulduz Şokolad Fabriki Beynəlxalq Qida Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edir

“Ulduz” şokolad fabriki Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş “FOODEX SAUDİ 2016” beynəlxalq qida sərgisində iştirak edir.
Noyabrın 24-nə qədər davam edəcək “FOODEX SAUDİ 2016” beynəlxalq qida sərgisində ümumilikdə dünyanın 32 ölkəsindən 200-dən çox fabrikin 450 brendi iştirak edir. 
Səudiyyə Ərəbistanı şahzadəsi Fahat Bin Muqrin Bin Abdul Əziz tərəfindən təşkil olunan beynəlxalq sərgidə Kanada, İspaniya, İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir, Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış brendləri iştirak edirlər. 
Sərgidə ölkəmizi “Made in Azerbaijan” adı altında yalnız “Ulduz” şokolad fabriki təmsil edir. Fabrik özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub. 
Qeyd edək ki, 5 oktyabr 2016-ci il tarixində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycan prezidenti İlham Əliyev “Made in Azerbaijan” brendi ilə bağlı fərman imzalayıb.