Loading

Press-Relizlər
Ulduz Şokolad Fabriki “WORLD FOOD- 2017” Dünya Qida Sərgisində ölkəmizi yeni məhsul çeşidləri ilə təmsil edir

“Ulduz” şokolad fabriki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunmuş “WORLD FOOD-2017” Dünya Qida Sərgisində iştirak edir.
Sentyabrın 14-nə qədər davam edəcək “WORLD FOOD-2017” Dünya Qida Sərgisinə ümumilikdə dünyanın 64 ölkəsindən 1500 şirkət qatılıb. 
Fabrikin direktoru Mahir Balasıyev bildirib ki, fabrikin təqdim etdiyi beynəlxalq standartlara cavab verən 80-dən çox yüksək keyfiyyətli və rəqabətqabiliyyətli yeni çeşidli məhsulları sərgi iştirakçılarının böyük marağına səbəb olub. 
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir.