Loading

Press-Relizlər
“Ulduz”un sponsorluğu ilə Dövlət İqtisad Universitetində “Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyasi keçirilib

Dekabrın 1-də “Ulduz” şokolad fabrikinin sponsorluğu ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim, tələbə və əməkdaşlar arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə “Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyasi keçirilib. 
1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü çərçivəsində keçirilən aksiya UNEC, Mərkəzi Qan Bankı, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.