Sərgi zamanı “Ulduz”un əsasən “Tango”, “Gigabyte” və “Enershock” markaları daha çox diqqəti çəkib. Hazırda 20-yə yaxın ölkəyə məhsul ixrac edən Ulduz Şokolad Fabriki bu sərgi zamanı bir sıra ərəb ölkələri ilə, xüsusilə Yəmən, Livan və Kotdivuardan olan müştərilərlə danışıqlar apararaq, yeni əməkdaşlığa dair ilkin razılaşmalar əldə edib.
Qeyd edək ki, “Gulfood 2021” beynəlxalq sərgisində iştirak İqtisadiyyat Nazirliyinin birbaşa dəstəyi ilə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub. 21 fevralda başlayan sərgi beş gün davam edib.