İxracat

FAKTLAR VƏ STATİSTİKA

İstənilən ixrac ilk növbədə ölkənin, daha sonra isə ixrac edən brendin imicidir. Bu gün “Ulduz” qənnadı məhsulları 20-ə yaxın ölkəyə ixrac olunmaqda, beynəlxalq sərgilərdə “Made in Azerbaijan” adı altında nümayiş olunmaqdadır; bu isə həm "Ulduz"un, həm də Azərbaycanın uğurudur.
Ölkəmizin iqtisadi-coğrafi baxımdan əlverişli zonada yerləşməsi, relyef səhtinin nəqliyyat hərəkəti üçün münasib olması xarici partnyorlara bizimlə əməkdaşlıq etmək üçün fürsət verir. Bundan əlavə, fabrikimizin geniş olması, müxtəlif məhsullar istehsal edə bilən istehsal xətlərimizin çoxluğu da bizə olan məhsul tələblərini ödəməyimizə imkan verir.

20 +

Əməkdaşlıq etdiyimiz ölkələr

10 +

İştirak olunmuş sərgilər

8 +

Cari əməkdaşlıqlar