Mətbuatda biz

2023-cü il ərzində “Ulduz” Şokolad Fabriki nəzərəçarpacaq nəticələrə imza atıb. Bu isə qrupumuz daxilindəki şirkətlərimizin sinerjisi ilə mümkün olub.
“Ulduz” üçün birgə zəhmətin qeyd olunması və qarşılıqlı dəstək ilə bağlı təşəkkür məqsədi ilə görüş keçirilib. Tədbirdə “Araz” Supermarketlər Şəbəkəsi, “OBA” marketlər şəbəkəsi və “Ulduz” şokolad fabrikinin əməkdaşları iştirak ediblər.
2023-cü ildə “Ulduz” Şokolad Fabrikinin satışlarının artması, fəaliyyətinin təkmilləşdirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində “Araz” və “OBA” heyətinin dəstəyinə görə əməkdaşlara təşəkkürnamə, sertifikat və hədiyyələr təqdim olunub. 
Gücümüz birliyimizdədir!