Mətbuatda biz

Baku Expo Centerdə baş tutan 5-ci Yerli Şirkətlərin tanıtım sərgisi uğurla yekunlaşdı.
23 ildir fəaliyyət göstərən Ulduz Şokolad Fabriki , uzun illər boyu həm yerli, həm xarici bazara keyfiyyətli məhsullar istehsal edərək öz fəaliyyətini daha da genişləndirməklə yanaşı, böyük bir kütlənin sevimlisinə çevrilib. İştirak edilən bütün sərgilərdə bu diqqət və sevgini yenidən görmək bizi olduqca sevindirir. Şirniyyat kateqoriyası üzrə bazar liderlərindən olmaq, əhalinin yerli istehsalata dəstəyi və sevgisi bizim öz sahəmiz üzrə inkişafımıza təkan verərək gücləndirir. Qida üzrə bütün beynəlxalq standartlara cavab verərək sizlərə daim halal və keyfiyyətli məhsullar təqdim etmək şirkətimizin əsas prioriterlərindən biridir. Daha böyük layihələrdə yenidən görüşənədək